Yuxarı

Qəssabı yolda bıçaqlayıb, pulunu apardı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəssabı yolda bıçaqlayıb, pulunu apardı - Video

Xətai rayonunun NZS qəsəbəsi ərazisində qanlı olay baş verib.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, işlədiyi ət dükanından çıxıb yaşadığı evə gedən 41 yaşlı Bəxtiyar Rəsulov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xəstəxanaya gətirilən yaralıya tibbi yardım göstərilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dindirilən Rəsulovun sözlərinə görə, hadisə zamanı üzərində 2500 manat pul olub. Qarşısını kəsən tanımadığı şəxs onu bıçaqlayandan sonra həmin pulu da götürərək ərazidən qaçıb. Hadisəni törədənin kimliyi aparılan əməliyyat axtarış tədbirlərindən sonra məlum olacaq.

Fakt araşdırılır.

Tarix
2016.11.01 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla