Yuxarı

Qızıl Məryəmin qatillərinə hökm oxundu – 47 il

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızıl Məryəmin qatillərinə hökm oxundu – 47 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Ceyhun Əsgərovun vəkili Ağaveys Şahverdi müdafiə çıxışı edib.

O, hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza təyin edilməsini istəyib.

Daha sonra təqsirləndirilən Günel Hüseynov 18 il, Ceyhun Əsgərov 19 və Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib

Bundan əvvəlki prosesdə prokuror Günel Hüseynovanın 19 il, Nicat Eyvazovun 10 il, Ceyhun Əsgərovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il yanvarın 5-də saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.

Qətlə yetirilən qadın "Qızıl Məryəm" ləqəbli iş adamı kimi tanınıb. Onun "Moskva" univermağında, eləcə də paytaxtın ayrı-ayrı ünvanlarında isə bir sıra məşhur qızıl mağazaları olub.

Tarix
2016.11.01 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla