Yuxarı

“Azercell Biznes” eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell Biznes” eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir

“Azercell Biznes” korporativ müştərilərə təqdim etdiyi IoT (Əşyaların İnterneti) və M2M (Cihazlararası kommunikasiya) xidmətləri çərçivəsində eSIM texnologiyasını istifadəyə verib. Yenilik sayəsində müştərilər IoT və M2M nömrələri üçün ənənəvi fiziki SIM kartlarla yanaşı, eSIM texnologiyasını da seçə bilərlər. Bu imkan həm mövcud, həm də yeni nömrələrin aktivləşdirilməsində tətbiq oluna bilər.

Xidmət korporativ müştərilərə bir sıra üstünlüklər təqdim edir. Fiziki SIM kartların sifarişi və çatdırılması prosesinə ehtiyacın aradan qalxması, eSIM-in rahat aktivləşdirilməsi və müasir cihazlarla uyğunluğu müştərilərə daha çevik və operativ həll təqdim edir.

eSIM fiziki SIM karta ehtiyac olmadan, daxili eSIM modulu ilə təchiz olunmuş cihazların mobil şəbəkəyə qoşulmasını təmin edir. IoT və M2M həlləri isə cihazlar arasında data mübadiləsinə, onların məsafədən izlənməsinə və idarə olunmasına imkan verir.

eSIM IoT və eSIM M2M xidmətlərindən yararlanmaq istəyən korporativ müştərilər ətraflı məlumat və dəstək üçün Azercell-in Korporativ Dəstək və Müştəri Xidmətləri kanallarına müraciət edə, həmçinin “Azercell Biznes” platforması vasitəsilə xidmət üzrə müvafiq əməliyyatları həyata keçirə bilərlər.

Azercell korporativ müştərilərinin dəyişən ehtiyaclarına uyğun innovativ həllər təqdim etməklə onların rəqəmsal transformasiyasına dəstək göstərir və biznes üçün yeni texnoloji imkanlar yaradır.

Tarix
2026.11.24 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla