Yuxarı

Bakıda atışma: 1 ölü, 1 yaralı - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda atışma: 1 ölü, 1 yaralı -  Foto/Yeniləndi

12:03

Bakıda silahlı insident olub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Bir nəfər naməlum şəxs iki kişini güllələyib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə olunur.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən faktı təsdiqləyiblər.

Bildirilib ki, güllələnən şəxslərdən biri hadisə yerində keçinib. Digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılır. Hazırda onların adı dəqiqləşdirilir.

12:49

Bakıda baş verən atışmada ölən və yaralanan şəxslərin adı açıqlanıb.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, güllələnənlərdən 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev hadisə yerində keçinib.

Onun qohumu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin kimliyi isə hələlik bilinmir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Hadisə şahidləri isə bildiriblər ki, hadisə qisas zəminində törədilib. Belə ki, qətlə yetirilən Y.Musayevin atası Rabil Musayev iki il əvvəl hadisəni törədən şəxsin qohumunu qətlə yetiribmiş. Həmin şəxs də qisas almaq məqsədi ilə bu addımı atıb.

Xatırladaq ki, R.Musayevin iki il əvvəl qətl törətməsi barədə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 2012-ci il yanvarın 6-da axşam saatlarında Zabrat qəsəbəsində Rabil Musayev adlı şəxslə onun tanışları - Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə düşüb. Hadisə nəticəsində R.Musayev bıçaqla hər iki şəxsi bıçaqlayıb. R.Fərəcov ölüb, K.Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanıb.

Tarix
2014.03.24 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla