Yuxarı

“Qara bazar”da dollar satanlar həbs olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qara bazar”da dollar satanlar həbs olundu - Foto

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xətai rayonu ərazisində yerləşən kafelərdən birində əməliyyat-axtarış tədbiri həyata keçirilib.

DİN-dən Axar.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri Nəticəsində həmin obyektdə qanunsuz valyuta mübadilə fəaliyyəti ilə məşğul olan Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakinləri Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını 96 min 200 manata satan zaman saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı əlavə olaraq ümumilikdə 13 min 920 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Elə həmin gün belə bir tədbir Sumqayıt şəhərində də həyata keçirilib. Belə ki, Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin 32-ci məhəlləsində yerləşən ticarət mərkəzinin ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olduqlarına görə 4 nəfər - Fərmayıl Hacıyev, Xəqani Albandayev, Azər Məmmədov, İsfəndiyar Nağıyev saxlanılıblar.

Tədbirlərin davamı olaraq bu fəaliyyətlə məşğul olan daha bir şəhər sakini İsmayıl Balayev də saxlanılıb.

Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, ölkənin maliyyə sisteminin sabit və dayanıqlılığına, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunmasına qarşı fəaliyyət göstərən şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək: "Odur ki, qanunsuz olaraq valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllərdən çəkinmələri tələb olunur".

Tarix
2016.12.14 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla