Yuxarı

Elnur Məcidli axtarışa verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnur Məcidli axtarışa verildi

Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidlinin axtarışda olması barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məcidli Elnur Abdulla oğlu 4 aprel 2011-ci il tarixdən Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddəsi ilə axtarışdadır.

Xatırladaq ki, Cinayət Məcəlləsinin bu maddəsi ilə təqsirləndirilən şəxsi beş ilədək müddəti azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, E. Məcidli sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel-Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanıb. E. Məcidli hazırda Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq isə 2011-ci ildə məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının 2011-ci il iyunun 2-də dayandırıldığını açıqlayıb.

Tarix
2014.04.01 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla