Yuxarı

Bakıda BMV üç maşını əzdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda BMV üç maşını əzdi - Foto

Bakının Səbail rayonu, Neftçilər prospektində 4 avtomobilin iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisəs baş verib. Hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zamanı qeydə alınıb

Qəza zamanı Tofiq Həşimovun idarə etdiyi BMW markalı avtomobil idarəetməni itirilməsi nəticəsində əvvəlcə İsmət Nəzərovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Fatih İlilaqın idarə etdiyi "Audi" markalı avtomobilləri əzib. Daha sonra isə avtomaşın Kamil Sadıqovun idarə etdiyi VAZ 2106 markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, VAZ 2106 deformasiyaya uğrayıb. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəliblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya BMW markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub. Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac da müşahdə olunub. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra prospektdə nəqliyyatın hərəkəti tam bərpa olunub.

Baş vermiş avtoqəza ilə bağlı araşdırma başlanılıb, müvafiq olaraq avtotexniki və tibbi ekspertizalar təyin edilib (ANS).

Tarix
2014.04.02 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla