Yuxarı

Yardımlıda bu mövzuda tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yardımlıda bu mövzuda tədbir keçirildi

Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirib.

Komitədən Axar.az-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Kərəm Hüseynov, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmə işinin aparılmasının dövrün tələbi olduğunu bildirib. Qeyd edib ki, gənc nəslin radikal dini cərəyanlardan qorunması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, müasir və sağlam düşüncəli gənclərin yetişdirilməsi hər kəsin vətəndaşlıq borcudur.

Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Yardımlı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Kərəm Hüseynov, dindar Salman Hüseynov, müəllim Zaur Həsənov və başqaları çıxışlarında milli-mənəvi dəyərlətimizə sahib çıxmaq üçün kompleks tədbirlərin həyata keçirilməli olduğunu vurğulayıblar.

Tarix
2016.12.26 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla