Yuxarı

Cavanşir Paşazadə Şeyx qardaşını müdafiə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Halallıq məsələsinə toxunan yeganə idarə QMİ-dir və mənə elə gəlir ki, bunu da onlar verməlidir".

Bu barədə millət vəkili, QMİ sədri şeyxülsialm Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə açıqlamasında son vaxtlar QMİ ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin arasında yaranmış mübahisəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyanın hər yerində yeyinti məhsullarına halal sertifikatları verilir: "Avropanın özündən Azərbaycana, digər müsəlman dövlətlərə, həmçinin müsəlman olmayan, amma müsəlmanların da yaşadığı dövlətlərə göndərilən ərzaq məhsullarının üstündə halal sözü yazılır.

Bu Avropa da, ABŞ-da da, həmçinin digər ölkələrdə də var. Bu məsələ tək müsəlmançılıqda yoxdur. Misal üçün yəhudilərin özündəün, krişna deyilən sektanın özündə də halallıq var".

C. Paşazadə qeyd edib ki, dövlət komitəsi məhsulun halallığına yox, keyfiyyətinə cavab verə bilər: "Halal sözü deyəndə bəziləri deyir ki, filankəs hardasa halallıq sertifikatı verir.

Məgər, halallıq sertifikatını Papa verməlidir? Papanın halal, haramı var ki, sertifikat da versin. Halallıq müsəlman dövlətləri üçün var. Buna görə də halallığı ruhani idarəsi verməlidir.

Amma sertifikatın başqa formalarında, misal üçün ərzağın gəlməsi, hansı mənşəyə uyğun olması, gigiyenik qaydada qorunması və s. məsələlərə əlbəttə ki, komitə baxmalıdır".

Qeyd edə ki, halal sertifikatının verilməsinə görə yaranmış mübahisənin qurumlar arasında birgə məsləhətləşmələrlə həll olunacağına qərar verilib ("Publika.Az").

Tarix
2014.04.11 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla