Yuxarı

Veteran jurnalistlərin yubileyi qeyd olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, tədbir jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir.

Bundan sonra Ə. Amaşov tanınmış diktor, xalq artisti E. Bayram və T. Yusifovu rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyarlara məclisin xatirə hədiyyəsini təqdim edib.

M. Süleymanzadə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər.

Tarix
2017.01.31 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla