Yuxarı

Qəti qərar: Telekanallar məhkəməyə veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəti qərar: Telekanallar məhkəməyə veriləcək

Son günlər özəl telekanallarda efirə gedən daha çox ailə-məişət problemləri ilə gündəmə gələn verilişlərə ictimaiyyətin təzyiqi artıb. Azərbaycan Uşaqlar Birliyi məşhur teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı imzatoplama kampaniyasına start verib. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova "Axar.az"a açıqlamasında telekanalları kəskin tənqid etdi:

"Belə proqramlar Azərbaycandan mövcuddur, çox təəssüf ki, həmin proqramlar iştirakçı uşaqların, qadınların sağlamlığına, psixoloji durumuna ziyan vurur. Proqramda aparıcının məsuliyyətsizliyi ilə yanaşı ekspertlərin də stereotipləri aşa bilməməsi, verdiyi məntiqsiz məsləhətlər həmin insanların daha dərin psixoloji böhran keçirmələrinə səbəb olur. Bəzən bizim narazılığımızı səhv istiqamətə yozurlar. O verilişlərə bağlılığı olan bəzi jurnalistlər hesab edir ki, QHT-lər tənqidi ona görə edirlər ki, onları verilişə dəvət etsinlər. Amma bu, tamamilə absurddur. Bizə, sadəcə, lazımdır ki, aparıcı üzərinə düşən funksiyanı yerinə yetirsin, tərəfkeşlik etməsin".

Telekanallar məhkəməyə veriləcək

Mətanət Əziziova aparıcıların kömək məqsədi ilə insanları aldatdıqlarını iddia edir və verilişdən sonra onları QHT-lərin üzərinə göndərdiklərini qeyd edir:

"Nəyə görə verilişdən sonra həmin insanlar bizim psixiatorlara müraciət edirlər ki? Siz təsəvvür edirsiz, qadınlara aid mövzulardan sonra verilişdə iştirak edən qadınlar dərin psixoloji sarsıntı ilə bizə müraciət edirlər. Bəzən, guya insanların problemini həll etməkçün verilişə dəvət edib, reytinq xətrinə səhnələr qurduqdan sonra heç bir kömək göstərmirlər və onları QHT-lərin üzərinə göndərirlər. Reytinq qazanmqçün uşaqlara görünməmiş psixoloji sarsıntılar edirlər. Onların buna haqqı yoxdur. Yadımdadır bir dəfə stereoitipləri aşa bilməyən ekspertlərdən birini inkar etdikdə, o, hiddətindən mənə qarşı zorakılıq etdi. Heç ailə-uşaq və qadın problemləri üzrə dövlət komitəsi də üzərinə düşən işi yerinə yetirmir. Biz müraciətimizi etmişik, xəbər çıxmasa, onları məhkəməyə verəcəyik. Qəti qərara gəlmişik".

Tarix
2013.11.12 / 12:37
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla