Yuxarı

Göyçayda mağaza sahibi itkin düşüb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda mağaza sahibi itkin düşüb - Foto

Göyçay rayon sakini, 45 yaşlı Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-dən itkin düşüb.

Bu barədə "Axar.az"a rayon polis şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ailə üzvləri bu barədə polisə müraciət etdikdən sonra axtarışlar başlasa da, heç bir nəticə olmayıb. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar. İki övlad atası olan Sərdar Abdullayevin meyitinin kanalda olduğu güman edildiyindən, axtarışlar burada davam edib. Ancaq 5 günlük axtarışdan sonra onun kanala düşərək ölməsi faktı öz təsdiqini tapmayıb. Ehtimal edilir ki, Sərdar Abdullayev sağdır və hazırda haradasa yaşayır. Kanalın kənarına onun paltarının kim tərəfindən atılması faktı araşdırılır. Sərdar Abdullayevin atası Xanlar Abdullayev deyib ki, oğlu tez-tez intihar edəcəyini deyirmiş O, bunun səbəbini özünün şəxsi mağazasında geyim əşyalarının satışı ilə məşğul olan oğlunun və onun həyat yoldaşının bir çox adama pul borcunun olması ilə əlaqələndirib.

Məlumata görə, Sərdar Abdullayev aprelin 8-də evdən çıxarkən əynində qara şalvar, qara jaket, qara ayaqqabı olub.

Tarix
2014.04.19 / 20:15
Müəllif
Nazlı Onur
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla