Yuxarı

Məleykə Abbaszadə: “Gələn ildən…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məleykə Abbaszadə: “Gələn ildən…”

Gələn ildən magistratura səviyyəsinə keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda rus bölməsinin abituriyentlərinin verdiyi Azərbaycan dili imtahan nəticəsi iki il istifadə olunur: "Bu ilki və gələn ilki qəbul imtahanları hələ ki, bir qaydada davam edəcək. Amma iki ildən sonra ölkədə kurikulumla tədris alan uşaqlar 11-ci sinifə gələcəyi üçün, çalışacağıq ki, iki ilə yeni modelləri işləyəcəyik. Yeni modellərə əsasən bir imtahanın nəticəsi iki il istifadə oluna biləcək. Gələn il isə artıq bunu magistratura səviyyəsində tətbiq edəcəyik. Artıq yeni qərarlar qəbul olunduğu üçün, biz hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlərə başlaya bilərik. İmtahan nəticələrinin iki il istifadə olunduğu təqdirdə qiymətlər abituriyentlərə elə də yüksək görünməyəcək".

Sədr xatırladıb ki, bu il Dövlət İmtahan Mərkəzinə legitim hüququ mühitinin yaradılması üçün bir sıra qərarlar qəbul olundu: "Qərarlar qəbul olunmadığı üçün, dekabr, yanvar və fevral aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək".

Tarix
2017.03.07 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla