Yuxarı

ANAMA tank əleyhinə qumbara aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 9-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə mərkəzinin məlumatına əsasən, Ağcabədi rayonunun Aran kəndində bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Axtarış zamanı aşkarlanan tank əleyhinə “RKQ-3” əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb. Agentlik tərəfindən 200 kvadratmetr əraziyə baxış keçirilib.

ANAMA-dan Axar.az-a bildiriblər ki, yanvarın 1-dən martın 9-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 150 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Ümumilikdə 1979 partlamamış hərbi sursat, tank əleyhinə 66, piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 7 min 947 kvadratmetr ərazi (464 min 305 kvadratmetr əl ilə, 246 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 184 min 442 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Tarix
2017.03.09 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla