Yuxarı

Yarmarkalarda hansı məhsullar satılmalıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yarmarkalarda hansı məhsullar satılmalıdır?

Paytaxtda bayram yarmarkaları üçün quraşdırılan çadırlar bir neçə gündür fəaliyyətə başlayıb. Əsasən, metro stansiyalarının yaxınlığında quraşdırılan çadırlar bayram məhsullarının - səməni, qoz-fındıq, müxtəlif çərəzlərin, bayram şirniyyatlarının satılması üçün nəzərdə tutulub. Bu çadırların fəaliyyətində əsas məqsəd bayram məhsullarının əhaliyə nisbətən ucuz qiymətə satılmasıdır.

Lakin bəzi çadırlarda, demək olar, Novruz bayramına aid heç bir məhsul satılmır. Məsələn, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında quraşdırılan yarmarka çadırında satılanlar heç gündəlik tələbat malları da deyil. Burada əsasən qab-qacaq, müxtəlif növ güllər, oyuncaqlar, hədiyyələr satılır.

Çadırın Novruz bayramı yarmarkası olduğunu təsdiqləyən yeganə məhsulun - səməninin qiymətinə gəlincə, bazarlarda 50 qəpiyə satılan kiçik ölçülü səməni bu bazar çadırında 1 manata, nisbətən böyük ölçülü səməni isə 2 manata satılır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu cür hallarla bağlı təmsil etdiyi qurumun mübarizə apardığını bildirib.

Onun sözlərinə görə, həmin yarmarka çadırlarında bayram məhsullarından başqa malların satılması qadağandır:

"Bu məsələ ilə bağlı departament rəhbərliyi tapşırıq verib və həmin çadırlara da nəzarət edilir. Bu çadırları quraşdırmaqda məqsəd odur ki, Novruz ərəfəsində əhali bayram ədviyyatlarını, çərəzləri, bayram atributlarını nisbətən ucuz qiymətə alsın. Yəni bazarda satılan hər hansısa bir çərəz bu yarmarkalarda, məsələn, 2 manat ucuz satılmalıdır ki, əhali də bundan razı qalsın".

Ə.Bağırov bildirib ki, məsələ ilə bağlı departament tərəfindən araşdırma aparılacaq və ölçü götürüləcək.

Tarix
2017.03.10 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla