Yuxarı

Ermənilər cəbhə xəttini atəşə tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər cəbhə xəttini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və 82 millimetrlik minaatanlardan da (20 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam rayonunun Mərzili, Nəmirli, Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tarix
2017.03.11 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi

İlham Əliyev Özbəkistana getdi - Video

Kamçatkada köməksiz qalan vətəndaşımız təxliyə edildi

Azərbaycan media heyəti Daşkənddədir - Video

Azərbaycan və Özbəkistanı bu dəyərlər birləşdirir - Qafarov

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla