Yuxarı

DQ-nin 25 illiyi ilə bağlı tədbir keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DQ-nin 25 illiyi ilə bağlı tədbir keçirildi - Foto

Martın 12-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

DİN-in mətbiat xidmətindən Axar.az-a bildirilib ki, Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov geniş məruzə ilə çıxış edərək, Daxili Qoşunların tarixindən danışıb. O qeyd edib ki, atəşkəs dövründə Daxili Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Respublikada ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət hər zaman yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib.

Nazir Ramil Usubov çıxışında deyib ki, son illər Daxili Qoşunlarda hərbi intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər mənəvi-psixoloji durumu daha da yaxşılaşdırıb, tabelik münasibətlərini əhəmiyyətli dərəcədə möhkəmləndirib, hüquqazidd əməllərin və kobud intizam pozuntularının sayı minimuma enib, qrup halında nizamnamədənkənar münasibət faktları isə ümumiyyətlə qeydə alınmayıb.

Tarix
2017.03.11 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla