Yuxarı

“Azərsell”dən yeni modem kampaniyası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsell”dən yeni modem kampaniyası

15 Mart 2017-ci il tarixindən etibarən Azərsell Telekom MMC öz abunəçiləri üçün yeni 4G MiFi və 3G USB Modem kampaniyasına başlayır.

Şirkətdən Axar.az-a verilən məlumata görə, kampaniya çərçivəsində abunəçilər 4G MiFi və 3G USB Modem cihazlarını nağd və ya sərfəli kredit şərtləri ilə əldə edə bilərlər. Bundan əlavə, kampaniya müddətində abunəçilər sərfəli internet paketlərindən də yararlana biləcəklər. Abunəçilərə ilk ay bonus İnternet paketi hədiyyə edilir.

4G MiFi cihazını 60 AZN məbləğində ilkin ödəniş edib 10 ay ərzində LİMİTSİZ=30AZN paketi ilə, yaxud birdəfəlik 120 AZN ödəniş etməklə əldə etmək mümkündür. Kampaniyaya qoşulduqda abunəçiyə ilk ay LİMİTSİZ internet paketi HƏDİYYƏ olaraq təqdim olunur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir. Bundan əlavə, MiFi eyni zamanda 10 cihazın İnternetə qoşulmasına imkan verir.

3G USB modemlərini isə ilkin ödəniş 20 AZN və 10 aylıq 10GB=10AZN internet paketi ilə və ya birdəfəlik 35 AZN-lik ödənişlə əldə etmək mümkündür. Kampaniya çərçivəsində modemlə yanaşı abunəçiyə pulsuz nömrə və ilk ay 10 GB internet HƏDİYYƏ təqdim olunur. 3G USB modem 21.6 Mb/s-ə qədər internet sürətini təmin edir.

Kampaniyaya qoşulmaq üçün abunəçilər “Azərsell” Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər. 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür.

Kampaniya haqqında ətraflı məlumat almaq və təfərrüatları dəqiqləşdirmək üçün www.azercell.com saytına müraciət edə bilərsiniz.

Tarix
2017.03.15 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla