Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 Sentyabr 2020


Türkiyənin nüfuzlu jurnalistləri Bakıda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının rəhbəri Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” adlı layihəsi çərçivəsində Azərbaycanda səfərdədir.

Axar.az xəbər verir ki, səfərin ilk günü qardaş Türkiyənin media mənsubları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və tanınmış oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərin xatirəsini yad edən qonaqlar 20 Yanvar qətliamı və Qarabağ savaşında şəhid olan qəhrəman oğul və qızların məzarlarına gül dəstələri qoyublar. Media mənsubları həmçinin Türk şəhidliyini də ziyarət ediblər, dualar oxuyublar.

Millət vəkili Qənirə Paşayeva türkiyəli media mənsublarına 20 Yanvar və Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə günahsız soydaşımızın həyatını itirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, müharibə nəticəsində bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyi Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının həssas məsələsidir.

Daha sonra Bakı şəhərinin görməli yerləri ilə tanış olan qonaqlar “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu idarəsində olub, YUNESKO-nun Maddi Mədəni İrs siyahısına daxil olan tarixi memarlıq abidələri ilə yaxından tanış olublar. Qonaqlar həmçinin Xalça Muzeyini ziyarət ediblər.

Antalya Qəzetçilər Cəmiyyəti və Ağdəniz Qəzetçilər Federasiyası başqanı Mövlud Yeni, Burdur Qəzetçilər Cəmiyyəti başqanı Kürşad Tuncel, Yenigün-Ağdəniz Qəzetçilər Federasiyası baş direktor yardımçısı, Ağdəniz Gəzet Sahibləri Dərnəyinin başqanı Əhməd Duran Yenigün, sözügedən qurumun digər yetkilisi Əli Buldu, Antalya Qəzetçilər Cəmiyyəti başqan yardımçısı İdris Daş, Ağdəniz Qəzetçilər Federasiyası baş direktor yardımçısı, osmaniyyə Qəzetçilər Cəmiyyətinin başqanı Əli Cahangir, Antalya Qəzetçilər Cəmiyyəti başqan yardımçısı Mustafa Daşın iştirak etdiyi heyətlə ilk olaraq, Mətbuat Şurasında görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri haqda danışıb.

Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə bir çox toplantıların təşkil edildiyini diqqətə çatdıran Ə.Amaşov bildirib ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir.

Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, bu cür səfərlər hər iki ölkənin müxtəlif aspektlərdən tanıdılmasında mühüm rol oynayır. O bildirib ki, Türkiyə jurnalistlərinin Azərbaycana səfəri iki ölkə arasında çoxtərəfli əməkdaşlığın nümayişidir və bu, media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri ilə də zənginləşməlidir. O, ümidvar olduğunu bildirib ki, bu səfər Azərbaycanın Türkiyə ictimaiyyətinə daha yaxından tanıdılmasında öz töhfəsini verəcək. Sonda Mətbuat Şurası və Türkiyə media mənsubları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Türkiyəli jurnalistlər Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan ədəbiyyatının tanınmış yazarı Səməd Behrənginin adına düzənlənən tədbirdə iştirak ediblər. Tədbiri açıq elan edən AYB sədri Anar Səməd Behrənginin ədəbiyyatımızda roluna toxunub.

Millət vəkili Qənirə Paşayeva Səməd Behrəngi yaradıcılığında mühüm yer tutan “Balaca qara balıq” hekayəsini xatırladıb, qeyd edib ki, yazarın məhz azyaşlı oxucular üçün əsərlər yazmasının dərin mənası vardı. Çünki milli məfkurə və təlim-tərbiyənin formalaşması uşaqlıqdan başlayır.

Türkiyəli qonaqlar Beynəlxalq Mahmud Kaşğarlı Fondunun düzənlədiyi Mahmud Kaşğarlı mükafatlarının təqdimetmə mərasiminə də qatılıblar. Fondun rəhbəri, şair, tərcüməçi Elxan Zal böyük bir coğrafiyanı əhatə edən türk insanının bir-birini tanımasında, xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində ədəbiyyatla yanaşı, jurnalistlərin, yazarların üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. Odur ki, bu cür səfərlər qardaş xalqları daha yaxından tanımaq üçün mühüm əhəmiyyət daşıyır.

Türkiyəli media mənsublarına Fondun adından fəxri diplom və plaketlər təqdim edilib.

Qonaqlar Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərovla görüşüblər. Jurnalistlərə Ermənistan-Azərbaycan münaqişəsi və onun tarixi kökləri, Qarabağın mədəniyyəti, tarixi barədə məlumat verilib. Bayram Səfərov qeyd edib ki, iyirmi ildən çoxdur ki, Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır və işğalçılıq siyasətindən əl çəkmir. İcmanın gördüyü işlər haqqında məlumat verən Bayram Səfərov sülh prosesinin nəticəsiz olacağı təqdirdə cənab Prezident, Ali Baş Komandanın əmri ilə hər bir azərbaycanlının torpaqlarımızı geri qaytarmaq üçün hazır olduğunu söyləyib. Görüşdə həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Millət vəkili Qənirə Paşayeva Qarabağın, özəlliklə də tarixi-mədəniyyət abidələri ilə zəngin Şuşanın Azərbaycan mədəniyyətinə böyük töhfələr verdiyini bildirib. Vurğualyıb ki, milli musiqi sənətimizdə mühüm rolu olan Şuşa başda olmaqla Dağlıq Qarabağın işğal altında olması hamımızı narahat edir. Azərbaycan həqiqətlərinin, xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında jurnalistlərin, medianın roluna da toxunan millət vəkili bu baxımdan qələm sahiblərinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.03.18 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər Ağcabədini belə vurdu - Foto

Oktyabrda hava necə olacaq?

Şəmistan Əlizamanlı cəbhədən xəbər verəcək

Düşmənin döyüş bayrağı ələ keçirildi

Erməni mərmisi rus əsilli Azərbaycan vətəndaşının evinə düşdü

Ermənilərin çoxlu sayda döyüş texnikası məhv edildi - Video

Daha bir şirkət Orduya pul köçürdü

Azərbaycan xalqı sizinlə qürur duyur – İlham Əliyev

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırıldı

Bizi qınayanlar desin: Nə etməliyik?

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla