Yuxarı

DİN-də baş inspektor olmaq istəyənlərin diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant olan baş inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in Baş Kadrlar İdarəsindən Axar.az-a bildiriblər ki, müsabiqədə Azərbaycan Respublikasının ali təhsil müəssisələrini “jurnalist” ixtisası üzrə bitirmiş, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hazırda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər:

Gəncə regionu üzrə: Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir;

Şirvan regionu üzrə: Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan;

Quba regionu üzrə: Quba, Xaçmaz, Qusar;

Lənkəran regionu üzrə: Lənkəran, Astara, Masallı;

Şəki regionu üzrə: Şəki, Mingəçevir, Oğuz, Qəbələ;

Bərdə regionu üzrə: Bərdə, Ağdam, Tərtər, Yevlax.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprelin 17-dən mayın 17-dək http://www.mia.gov.az/index.php?/az/content/29942/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin internet ünvanına ([email protected]) göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diploma, hərbi bileti (kişilər üçün) və əmək kitabçasını təqdim etməlidirlər.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək. Həmçinin onların qanunvericilikdə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumatı (012) 590-99-07, (055) 861-73-11 və (012)-590-93-64 əlaqə nömrələrindən almaq mümkündür.

Tarix
2017.04.14 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin: Türkiyə bizə lazım deyil – biz yetim deyilik

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla