Yuxarı

Prokuror 10 il istədi, hakim açıb buraxdı - Nazir müşaviri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, R. Əhmədova 10 illik həbs cəzası istəyib.

Sonra vəkil Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib və hüquqlarını müdafiə etdiyi Rövşən Məmmədova bəraət hökmünün çıxarılmasını istəyib. O qeyd edib ki, təqsirləndirilən şəxsin günahsız olduğu məhkəmə araşdırmasından da açıq şəkildə görünür.

R. Əhmədovun digər vəkili Ülkər Yusifova da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarlmasını istəyib: "Cinayət işində qızılların siyahısı ilə bağlı materiallara da rast gəlinmir".

Təqsirləndirilən R. Əhmədov son söz deyib. O, çıxışında günahsız olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları mənimsəmədiyini deyib.

Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.
Hökmdə qeyd olunub ki, prokurorluğun ittihamı subyektiv mülahizə əsasında hazırlanıb. Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib.R. Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyib.

Tarix
2017.04.21 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla