Yuxarı

SABAH qrupları tələbələri “Azərsell”də təcrübə keçəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC Təhsil Nazirliyi SABAH qrupları tələləbələri üçün “Yay Tələbə Təcrübə Proqramı”nı elan edir.

Axar.az xəbər verir ki, bu proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir.

Qaydalara əsasən SABAH qruplarının son 2 kurs tələbələri 2017-ci ilin 8 may tarixinə qədər “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. Bunun üçün Azercell.com linkinə daxil olmaq lazımdır. Nəzərinizə çatdıraq ki, yalniz @sabah.edu.az ünvanından gələn müraciətlərə baxılacaq.

Tələbələr iyulun 1-dən başlayacaq proqram çərçivəsində “Azərsell”də 2 ay təcrübə keçmək şansı qazanacaqlar.

“Yay Tələbə Təcrübə Proqramı” mərhələlərlə seçilən gənclərə “Azərsell”də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı yaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar, bu da gənclərin gələcək karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə “Azərsell”in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 16-i isə şirkətdə işlə təmin olunub.

Qeyd edək ki, ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün “Azərsell” Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat” movzularında qısa sessiyalar təşkil olunub. Həmçinin İnsan Qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər.

SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir.

Tarix
2017.05.01 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla