Yuxarı

Axar.Az Logo carnation

Bu tanınmış alimlər akademik seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tanınmış alimlər akademik seçildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətində keçirilən Ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülüb.

AMEA-nın 2 may 2017-ci il tarixli Ümumi yığıncağında aşağıdakı alimlər AMEA-nın həqiqi və müxbir üzvü seçiliblər.

AMEA-nın həqiqi üzvləri (akademiklər):

1. Məmmədov Yusif Əbülfət oğlu (Riyaziyyat)

2. Məmmədov Nazim Timur oğlu (Fizika)

3. Nəhmədov Ənvər Pirverdi oğlu (Fizika)

4. Məcidov Əjdər Əkbər oğlu (Kimyəvi kinetika və kataliz)

5. Feyzullayev Əkpər Əkpər oğlu (Neft-qaz geologiyası)

6. Qurbanov Fazil Səməd oğlu (Tibb)

7. Əlizadə Validə Mövsüm qızı (Botanika)

8. Paşayeva Nərgiz Arif qızı (Ədəbiyyatşünaslıq)

9. İmanov Muxtar Kazım oğlu (Ədəbiyyatşünaslıq)

10. Cəfərov Nizami Qulu oğlu (Dilçilik)

11. Nağısoylu Möhsün Zellabdin oğlu (Dilçilik)

12. Səfərova Zemfira Yusif qızı (Sənətşünaslıq)

13. Axundova Nərgiz Çingiz qızı (Tarix)

14. Mahmudov Yaqub Mikayıl oğlu (Tarix)

15. Mustafayev Şahin Məcid oğlu (Tarix)

16. Baxşəliyeva Gövhər Baxşəli qızı (Şərqşünaslıq)

AMEA-nın müxbir üzvləri

1. Mərdanov Misir Cumayıl oğlu (Riyaziyyat)

2. Mehdiyeva Səlimə İbrahim qızı (Fizika)

3. Sadıqov Əminağa Bəhmən oğlu (Kompüter elmləri)

4. İbrahimov Vaqif Rza oğlu (Kompüter elmləri)

5. Alıquliyev Ramiz Məhəmməd oğlu (İnformatika)

6. Məmmədova Məsumə Hüseyn qızı (İnformatika)

7. İsmayılov İsmayıl Mahmud oğlu (İnformatika)

8. Səmədov Oqtay Əbil oğlu (Radiasiya materialşünaslığı)

9. Qasımov Oqtay Kazım oğlu (Biofizika)

10. Zeynalov Eldar Bahadur oğlu (Kimyəvi kinetika və kataliz)

11. Əliyev Tofiq Abbasəli oğlu (Kimya (AMEA-nın Naxçıvan Bölməsi)

12. Hüseynov Dadaş Ağa-Cavad oğlu (Neft-qaz geologiyası)

13. Qasımov Elmar Mustafa oğlu (Tibb)

14. Musayev Əlişir Veys oğlu (Tibb)

15. Mamedov Arif Mamedoviç (Fiziologiya)

16. Quliyev Əlövsət Gülüş oğlu (Aqrar elmlər)

17. Novruzov Vaqif Seyfəddin oğlu (Botanika - AMEA-nın Gəncə Bölməsi)

18. Araslı Nüşabə Həmid qızı (Ədəbiyyatşünaslıq)

19. Mustafayev Tehran Əlişan oğlu (Ədəbiyyatşünaslıq)

20. Əliyev Kamran İmran oğlu (Folklorşünaslıq)

21. Əlizadə Firəngiz Əliağa qızı (Sənətşünaslıq)

22. Qasımlı Musa Cəfər oğlu (Tarix)

23. İmanov Qorxmaz Cahangir oğlu (İqtisadiyyat)

24. Bünyadzadə Könül Yusif qızı (Fəlsəfə)

25. Həsənli Oruc Qafar oğlu (Psixologiya - AMEA-nın Naxçıvan Bölməsi)

Bundan əlavə, akademik Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti, Nərgiz Axundova İctimai Elmlər, Nazim Məmmədov isə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmələrinin akademik-katibi seçiliblər.

Tarix
2017.05.02 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla