Yuxarı

Məhv edilən zeytun bağları ilə bağlı araşdırma başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhv edilən zeytun bağları ilə bağlı araşdırma başladı

Sabunçu rayonunda yandırılaraq məhv edilən zeytun bağları ilə bağlı araşdırmaya başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a daxil olan məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini Rövşən Musayev tərəfindən Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı nazirliyə şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, 7 ədəd zeytun ağacının isə traktor vasitəsilə kökündən çıxarıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub, təqsirkarların müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə məktub göndərilib.

Araşdırma zamanı müəyyən olub ki, Abşeron İcra Hakimiyyətinin 2016-cı ildən 224 nömrəli sərəncam ilə Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi icarəyə verilib. Məqsəd yeni badam bağının salınmasıdır. Bağ “İdeal-Biznes” CO MMC-yə 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında torpaq icarəsi müqaviləsi bağlanıb.

Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi “İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib.

Tarix
2017.07.04 / 10:43
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevlə Paşinyan Əbu-Dabidə görüşdü - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla