Yuxarı

Ana ölümü ilə bağlı araşdırma başladı - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana ölümü ilə bağlı araşdırma başladı - Nazirlik

Səhiyyə Nazirliyi Bakıda 7 saylı doğum evində baş verən ana ölümü ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Report-a bildirib ki, hadisə ötən gün qeydə alınıb.

Onun sözlərinə görə, Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı doğum evinə daxil olub: “Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlamışdı. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında Türanə Məmmədovada bioloji ölüm baş verib”.

S.Əhmədova onu da qeyd edib ki, meyitin patoloji anatomik müayinəsi təşkil edilib: “Hazırda nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək”.

Tarix
2017.07.05 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla