Yuxarı

Tikinti materiallarında güclü bahalaşma başladı – Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi meşələrə nəzarət gücləndirilib. Meşəyə girmək olmur".

Bunu Axar.az-a Sumqayıtda "Daş bazarı"nda taxta–şalban satışı ilə məşğul olan Mikayıl adlı satıcı deyir. Onun sözlərinə görə, qiymətlərin qalxması normal haldır:

"Qiymətlər o qədər də baha deyil. Belə də ki, yayda qiymətlər qalxmalıdır. Ötən həftə 15-lik taxtanın hər kubunu 207–210 manata satırdıq, indi 235 manatdır. Bu, hələ harasıdır?! Qiymətlər qalxacaq. Təxminən 270–280 manatda dayanacaq".

Taxtanın qiymətinin artmasını meşələrə nəzarətin artması ilə əlaqələndirən satıcı inhisarın olmasından da danışır:

"İndi meşələrə nəzarət gücləndirilib. Meşəyə girmək olmur. Bu satdığımız da qışdan qalanlardır. Yiyəsi mən deyiləm. Sahibi deyir ki, "qiyməti budur, sata bilirsən sat, sata bilmirsənsə, qoy qalsın özüm satacam"".

Rusiya "uqolnik"i tapılmır

Bazarda metal məhsulları satan Rauf isə son zamanlar daha çox günyənin (uqolnik) bahalaşdığını deyir:

"Bu dəqiqə Rusiyanın 63-lük günyəsi tapılmır. Bu günyələri xüsusi sifarişlə gətiririk. Azərbaycan istehsalı olanlar isə var. O da bahalaşıb. İndi Azərbaycanın günyəsinin bir metri 2 manat 10 qəpikdir. Amma Rusiyanınkını 3 manat 60 qəpikdən ucuz gətirmirik".

50 kiloqramlıq sement tapılmır

Sement satıcısı Mirqədir isə sementin həm keyfiyyətində, həm də çəkisində geriləmə olduğunu deyir:

"Əvvəllər 50 kiloqramlıq "Ərdəbil" sementini 4 manat 80 qəpiyə satırdıq. Amma indi sementin çəkisini azaltdılar, oldu 40 kilo. Üstəlik də "Ərdəbil"i yoxa çıxartdılar. Hazırda ən çox satılan 40 kiloqramlıq "Norm" sementidir. Biz onu topdan 5 manat 50 qəpiyə veririk. Bundan ucuz satmağa gücümüz çatmır".

"Kubik" 36 qəpikdən 60 qəpiyə qalxıb

Qiymətin satılan daşın haradan çıxarılmasından asılı olduğunu deyən "ГАЗ-53"ün sürücüsü Xosrov daşınma məsafəsinin də qiymətə təsir etdiyini bildirir:

"Üzü yaya getdikcə qiymətlər qalxır. Məsələn, qışda bir daşı 36–38 qəpiyə satırdıq. Amma indi ən ucuz daş 47 qəpikdir. Bir də ki, daşın qiyməti çıxarılma yerindən asılıdır. Ən çox satılan daş Güzdək daşıdır. Həm yüngüldür, həm də havanı yaxşı keçirir. Ən pis daş "Qaradağ kubiki"dir. Ondan ən çox Ələt, Salyan, Əli-Bayramlı (Şirvan), Hacıqabul camaatı istifadə edir. Onlar necə yaşayırlar elə evdə? Daş hava keçirmir. Qışda divarlardan su damır".

Xatırladaq ki, yerli təşkilatların da verdiyi məlumata əsasən, ölkədə tikinti sektorunda bahalaşma müşahidə edilir. Qeyri-rəsmi statistikaya görə orta hesabla tikinti materialları 33 faiz bahalaşıb.

Tarix
2014.05.24 / 17:59
Müəllif
Tural İbadov
Digər xəbərlər

İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

ABŞ çağırış etdi: İranı Azərbaycan vasitəsilə tərk edin!

İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari

Bütün azərbaycanlı qardaşlarıma... - Ərdoğan

Türkiyə MN Azərbaycanı təbrik etdi

İlham Əliyev iki ölkənin səfirini qəbul etdi

ÇAXAL-dan görünməmiş çağırış: İranlılar, bu ərazidən qaçın!

Mürəkkəb geosiyasi hadisələr baş verir: milli, regional və…

İsrail İran səmasına hakimdir: Ancaq “bunker-buster” olmasa…

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla