Yuxarı

“Oğlum intihar etməyib, öldürüblər” – Əsgər atası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oğlum intihar etməyib, öldürüblər” – Əsgər atası

"Dəfələrlə prezidentə, Zakir Qaralova, Hərbi prokuror Həbib Xanlarova teleqrama vurmuşuq"

Bu il sentyabrın 14-də xidmət etdiyi hərbi hissədə vəfat edən Anar Əsgərovun meyiti üzərində aparılan tibbi ekspertizanın rəyi açıqlanıb. Açıqlanan rəyə görə, 19 yaşlı əsgər tabeliyində olan silahla ürək nahiyəsinə atəş açaraq intihar edib.
Mərhum əsgərin atası Dağıstan Əsgərov iddia edir ki, ekspertiza ədalətli rəy verməyib. Dağıstan Əsgərov deyir ki, Tovuz rayonundakı N saylı hərbi hissədən Gəncə şəhər Hərbi Hospitalına gətiriləndə oğlunun cənazəsinə diqqətlə baxıb. Atanın sözlərinə görə, meyitin kürəyindəki deşik balaca, sinsindəki deşik isə böyük olub. Yəni əsgər kürəyindən vurularaq öldürülüb.
"Gəncədə olarkən ekspertlər dedilər ki, dəqiq cavab bilinəcək. Amma mən özüm güllənin girən və çıxan yerə baxdım. Sinəsində böyük deşik, kürəyində kiçik deşikdir. Güllə çıxan yer böyük olur. Ekspert bizə deyir ki, guya sinəsindən atılıb, özü vurub özünü".
Anar Əsgərov və ailəsi Ağdam rayonundan köçkün düşüblər. Elə həmin vaxtdan Xəzər rayonunun Qala qəsəbəsindəki yataqxanada məskunlaşıblar.
Dağıstan Əsgərov gileylənir ki, 18 il şəraitsiz yataqxanada sağlam böyüdüb yola saldığı övladının ölümü ədalətli araşdırılmır.
Tovuzda hərbi xidmət keçən Anar Əsgərov manqa komandiri olub. Atanın deməsinə görə, xidmət müddətində oğluna görə komandirlərdən yalnız tərif eşidib.
Ata deyir ki, ekspertizanın rəyini alandan məktub yazıb, teleqram vurmadıqları qapı qalmayıb: "Dəfələrlə prezidentə, Zakir Qaralova, Hərbi prokuror Həbib Xanlarova teleqrama vurmuşuq. Onların heç biri nəticə verməyib. Biz ombudsmanın qəbulunda olandan sonra, dedi yenidən ekspertiza keçiriləcək. Mən əl çəkməyəcəm. Mən bilirəm ki, oğlum kürəyindən vurulub, mən görmüşəm. Ölənə qədər mübarizə aparacam".
Ailə indi ikinci ekspertiza tələb edir.
Hələlik ilk ekspertiza Gəncə şəhər hərbi hospitalında aparılıb. Hospitalın tibbi ekspertiza şöbəsi ilə əlaqə saxladıq. Şöbədən adının çəkilməsini istəməyən həkim bildirdi ki, artıq ilkin rəy açıqlanıb. Əgər ailə narazıdırsa yenidən ekspertiza keçirilməsini tələb edə bilərlər.
1994-cü il təvəllüdlü Anar Əsgərov Azərbaycan İdman Akademiyası və Texniki liseyin məzunu olub. Valideyinlərinin deməsinə görə, arzusu hərbi xidmətdən qayıdandan sonra Dövlət Yol Polisi Xidmətində çalışmaq olub. Anar Əsgərov sentyabrın 13-də həlak olub, 14-də dəfn edilib.
Tarix
2013.11.20 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla