Yuxarı

Əbülfəs Qarayev hostel tikintisinə icazə verməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bunu dövlət öz üzərinə götürməsə də olar, ancaq təşviq proqramları bununla məşğul olan insanlara uzunmüddətli vergi güzəştləri tətbiq etməklə, ya da uzunmüddətli çox aşağı faizli kreditləri verməklə bu sahədə inkişafa nail olmaq olar".

Bunu Axar.az-a Azərbaycanda ucuz otellərin və hostellərin olmaması məsələsi ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib:

"Hələlik görülən inkişaf trendi odur ki, çox bahalı və adlı-sanlı markaların Bakıya gətirilməsi təmin olunur. Amma bu dünyaca məşhur markaların qiyməti həddən artıq baha olduğu üçün gələn turistlər bu cür otellərdən istifadə etməkdə çətinlik çəkirlər. Turizmin inkişafı üçün mütləq ucuz otellərin və hostellərin yaradılması təşviq olunmalıdır. Bunu dövlət öz üzərinə götürməsə də olar, ancaq təşviq proqramları bununla məşğul olan insanlara uzunmüddətli vergi güzəştləri tətbiq etməklə, ya da uzunmüddətli çox aşağı faizli kreditləri verməklə bu sahədə inkişafa nail olmaq olar. Bu, baş verməsə, turistlərin nə Bakıya, nə də bölgələrə gəlməsini təmin etmək mümkün olacaq. Çünki bölgələrdə də əsasən, iri, bahalı otellərin tikilməsinə üstünlük verilir. Bu da turistlərin ciblərinə uyğun deyil".

Ekspertin fikrincə, hostellərin yaradılması üçün yerli icra hakimiyyət orqanları ilə turizm idarələrinin birgə fəaliyyət göstərməsi vacibdir:

"Hostellərin fəaliyyətə başlamasının və bu fəaliyyəti genişləndirməsinin başqa yolu da var. Bunu Azərbaycanın bölgələrində daha çox inkişaf etdirmək olar. Bildiyiniz kimi, regionlarımızda yaşlı insanlar daha çoxdur. Gənclər Bakıya və digər şəhərlərə və ya ölkələrə iş və ya təhsil almaqla bağlı gedirlər. Boş qalan evlərə turistləri cəlb etmək üçün bir çox ölkələrdə, o cümlədən, Türkiyədə çox yaxşı praktika var. Yerli İcra Hakimiyyəti orqanları ilə turizm idarələri boş qalan evlərin qonaq evlərinə çevrilməsi və ucuz xidmət göstərilməsi üçün birgə xüsusi proqramlar hazırlaya və bu yöndə addımlar ata bilər. Bu addımlar da regionlarda turizmin inkişafına ciddi təkan vermiş olar".

Xatırladaq ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərlə müsahibəsində deyib ki, Azərbaycan Birinci Avropa Yay Olimpiya oyunlarına hazırlıq çərçivəsində 3 ulduzlu otellərin inşaat işlərinə başlanılıb. Nazir hostellərin kütləvi şəkildə tikilməsinə üstünlük verilməyəcəyini də bildirib:

"Hostel şəbəkəsi ən ucuz turizm təbəqəsi üçün olan layihədir. Belə ki, hostellərdə bir otaqda 4-5 nəfər qalmaqla bir sanitar qovşaqdan istifadə qaydaları nəzərdə tutulur. Biz buna üstünlük vermirik. Amma belə layihələr var. Bununla bağlı bizə 2 müraciət olub. İstəyirlərsə, etirazımız yoxdur. Amma kütləvi şəkildə bu cür hostellərin tikilməsinə üstünlük verməyəcəyik".

Tarix
2014.05.27 / 09:00
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla