Yuxarı

3 yaşlı oğlu ilə yoxa çıxan anadan xəbər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 yaşlı oğlu ilə yoxa çıxan anadan xəbər var

3 yaşlı oğlu ilə yoxa çıxan 22 yaşlı anadan və oğlundan xəbər var.

Axar.az xəbər verir ki, oğlu ilə evdən qaçan Xanım Quliyeva Xəzər TV ilə əlaqə saxlayaraq ailəsinin yanına geri qayıtmayacağını bildirib.

Gənc ana qeyd edib ki, itkin düşməyib və harada olduğu barədə ailəsi də məlumatlıdır:

“Mən itkin düşməmişəm. Ailəmlə də əlaqəm var. Onlar hər şeyi bilir. Çoxlu xoşagəlməz hallar olub. Mən artıq uşaq da deyiləm, özüm müstəqil yaşaya da bilərəm. Onların televiziyaya müraciət etməsində məqsəd mənim evə qayıtmağımdır. Amma mən o evə geri qayıtmayacam. Vəkilimlə də danışmışam. Boşanma ərəfəsindəyəm. Polis bu işi bilir. Oğlum da yanımdadır. Hazırda işləyirəm və ona baxıram. Ailəm bilir ki, mən itkin düşməmişəm. Onlarla və xalamla da əlaqə saxlamışam".

Qeyd edək ki, 22 yaşlı Xanım Quliyeva ailəsində yaşadığı problemə görə ata evinə qayıdıb. Daha sonra orada da problem yaşadığı üçün 3 yaşlı oğlunu da götürərək gedib. O, gedərkən özü ilə heç bir geyim və pul götürməyib.

Tarix
2017.07.25 / 13:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla