Yuxarı

“ATV Səhər” yenidən efirdə: Aparıcısı özüməm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, bu ilin may ayından Azad Azərbaycan telekanalında yayımlanan "ATV səhər” proqramının fəaliyyəti dayandırılıb. Proqramın bağlanmasına səbəb Turan İbrahimlinin millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadəni tənqid etməsi əsas gətirilirdi. Bu arada sosial şəbəkələrdə Turan İbrahimlinin ATV-dən uzaqlaşması və sentyabr ayından fəaliyyətini başqa kanalda davam etdirəcəyi iddia olunur.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Turan İbrahimli bildirib ki, onun ATV-də fəaliyyətini dayandırması ilə bağlı deyilənlər yalandır:

"Əvvəla qeyd edim ki, hazırda ATV-nin İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin və ATV "Səhər” proqramının rəhbəriyəm. İlk dəfə sizin vasitənizlə bəyan edirəm ki, sentyabr ayından “ATV Səhər” verilişi yenidən ekranlarda olacaq. Proqram qaldığı yerdən fəaliyyətini davam etdirəcək. “ATV Səhər”in dekorasiyasından tutmuş, formatına qədər hər şey olduğu kimi yenidən tamaşaçların ixtiyarına veriləcək. Təbii, hər zamankı kimi verilişin aparıcısı və müəllifi özüm olacağam”.

T.İbrahimli əlavə edib ki, artıq “ATV Səhər”in anonsu da hazırdı və yaxın günlərdə nümayiş olunacaq.

Tarix
2017.08.30 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla