Yuxarı

Bakı-Astara yolundan yığılan milyonlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Astara yolundan yığılan milyonlar

Bakı-Astara yolundan istifadə edənlər pul ödəməyə məcbur olurlar.

Bu barədə Axar.az-a faktın şahidi olmuş əməkdaşı məlumat verib. Əməkdaşımızın sözlərinə görə, Bakı dairəvi yolun əsas hissəsi təmir işləri ilə əlaqədar bağlandığından, avtomobillər dairəvi yolun köməkçi hissəsi hesab edilən Sədərək Ticarət Mərkəzi istiqamətindən istifadə edirlər. Burada isə Sədərək Ticarət Mərkəzi öz şlaqbaumlarını qoyub və hər avtomobil 50 qəpik məcburi ödəniş edir.

Problemin mahiyyəti isə ondan ibarətdir ki, ödəniş heç də Sədərək Ticarət Mərkəzinin girişində aparılmır. Məsələn, yaxınlıqda yerləşən Binə Ticarət Mərkəzinə yalnız girərkən pul ödənilir. Sədərək Ticarət Mərkəzi isə ödənişləri mərkəzin yaxınlığndan ötən yolun üzərində alır.

Bakı dairəvi yolunun əsas hissəsinin təmirə dayanması səbəbindən hətta bu ödənişi müvəqqəti də olsa, Sədərək Ticarət Mərkəzinin girişində, əl yığımı vasitəsilə həyata keçirmək və dövlət hesabına çəkilən Bakı-Astara yoluna görə pul ödənişlərinin qarşısını almaq olmazmı?

Xatırladaq ki, təmir işləri ilə əlaqədar mayın 26-dan Bakı dairəvi yolu tam bağlanıb və artıq 25 günə yaxındır ki, hər gün Bakı-Astara magistralından istifadə edən onmunlərlə avtomobilin hər biri 50 qəpik ödəməyə vadar edilir. Bu qeyri-qanuni yığılan vəsait yara və kimin cibinə gedir?

Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlamaq saxlamaq cəhdlərimiz bəhrə vermir.

Tarix
2014.06.17 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

Onları Prezidentlə xanımı qarşıladı - Foto

Tadevosyan dedi ki, Orucov Şuşada 2 saat da qalsaydı... - Video

Bu, Azərbaycan xalqının əyilməz ruhunu ifadə edir

Azərbaycan və Efiopiyanın birinci xanımları görüşdü

Nəcməddin Sadıqov əsgərləri atıb qaçdı - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla