Yuxarı

Allahşükür Paşazadənin səlahiyyəti Türkiyəyə verilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" Gürcüstandakı müsəlman icması ilə bağlı olduqca maraqlı məlumatlar əldə edib.

Saytın Tiflisdəki mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstanda yaşayan azərbaycanlıların 4 şeyxi var. Yəni ki, 4 ayrı- ayrı şəxs özünü buradakı azərbaycanlıların şeyxi sayır və heç biri başqasına güzəştə getmək istəmir.

Digər məlumata görə isə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadənin Gürcüstandakı statusu ləğv edilib və orda yaşayan müsəlmanların Türkiyə Cümhuriyyətinin Dəyanət vəqfinə tabe edilməsi nəzərdə tutulur. Mənbə onu da deyib ki, bu qərar Türkiyənin Dəyanət Vəqfi ilə keçirilmiş görüşdən sonra verilib.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Axar.az"a danışdı.

Qurumun sözçüsü olan xanım bildirdi ki, QMİ-nin Tiflisdəki nümayəndəliyi əvvəl olduğu kimi fəaliyyət göstərir və heç bir problem yoxdur:

"QMİ-nin Gürcüstandakı nümayəndəliyi əvvəlki kimi normal fəaliyyət göstərir. Bizim hətta Batumda da nümayəndəliyimiz var. Ruhani idarə nəinki müsəlmanların kompakt yaşadığı yerdə, hətta müsəlmanların az olduğu bölgələrdə də özünə nümayəndəlik açıb".

Rəhimə Dadaşova 4 nəfərin şeyxlik etməsi məsələsinə də aydınlıq gətirdi:

"Gürcüstandakı şeyxlərin sayı barəsində bir söz demirəm. Sadəcə, onu deyirəm ki, QMİ Gürcüstandakı nümayəndəliyimizin fəaliyyətini təmin edir və onun işinə daim nəzarətdə saxlayır. Bizim oradakı nümayəndəmizin adı Əli Əliyevdir".

Qonşu respublikadakı nümayəndənin təyinat, yoxsa seçki ilə seçilməsi ilə də maraqlandıq. Rəhimə Dadaşova bu səlahiyyətin QMİ-də olduğunu dedi:

"Həmin idarənin statusu nümayəndəlik olduğuna görə, Şeyx həzrətləri tərəfindən təyin edilir. Ancaq onların fəaliyyəti həmişə nəzarət altında olur. Fəaliyyətlərində hər hansı yanlışlıq olarsa, bizim hüquqi olaraq onu dəyişməyə ixtiyarımız çatır".

Rəhimə Dadaşova QMİ-nin Gürcüstandakı səlahiyyətinin Türkiyə hökumətinin Dəyanət Vəqfinə verilməsi məsələsinə də aydınlıq gətirib:

"Bilirsiz, söz-söhbətlərə reaksiya vermirik. Faktlardan danışırıq. Fakt isə ondan ibarətdir ki, bizim orda nümayəndəliyimiz var və onların da heç bir problemi yoxdur. QMİ rəhbəri təkcə bütün Qafqazın şeyxi deyil. Şeyx həzrətləri həm də Qafqaz Xalqları ali Dini şurasının sədridir. İcazənizlə bu cür söz-söhbətlərin hamısının haradan qaynaqlanmasını açıqlayım. Bizim oradakı nümayəndəliyimiz Gürcüstan qanunvericiliyinə uyğun olaraq xidmət göstərir. Hakimiyyət dəyişikliyi olan zaman dini icmaların fəaliyyəti ilə bağlı qanuna dəyişiklik oldu və biz orda fəaliyyət göstərən nümayəndəliyimizi yenidən qeydiyyatdan keçməli olduq. Məsələ, sadəcə, bundan ibarətdir. Onun-bunun dediyi fikirlərə reaksiya vermək lazım deyil. Onların qanunlarına icmaların fəaliyyəti və qeydiyyatı ilə bağlı dəyişiklik olduğu üçün bizim oradakı idarə, sadəcə olaraq, təzə qanunlara görə yenidən qeydiyyatdan keçirilib. Bu 2012-ci ildə olub.

Biz nümayəndəliyimizi yenidən qeydiyyatdan keçirdikdən sonra təntənəli tanıtım tədbiri də keçirdik".

Qurumun mətbuat xidmətinin rəhbəri QMİ-nin səlahiyyət dairəsindən danışarkən bu arealın genişləndiyini dedi:

"Əgər söhbət QMİ-nin səlahiyyət dairəsindən gedirsə, biz rahatlıqla deyə bilərik ki, idarəmizin səlahiyyətləri daxilində olan və sirayət etdiyi coğrafiya yetərincə genişlənib. Harada azərbaycanlılar yaşayırsa, biz orda qanuni olaraq nümayəndəlik açmışıq və bu istiqamətdə işlər bu gün də davam etdirilir".

Tarix
2013.11.22 / 14:29
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla