Yuxarı

Evinə qaz çəkdirəndən nə üçün pul istənilir - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Digah qəsəbə sakini Fənarə Vəliyeva evinə qaz çəkilməsi ilə bağlı "Azəriqaz"a və Abşeron rayon Qaz İstismar İdarəsinə yazdığı ərizəsinə baxılmadığından şikayətçidir. Şikayətçinin sözlərinə görə, 1 il əvvəl evinə qaz çəkilməsi üçün "Azəriqaz"a və Abşeron Qaz İstismar İdarəsinə müraciət edib, amma ətrafda olan bütün qonşuların qazının çəkilməsinə baxmayaraq, onun evinə qaz çəkilməyib. F.Vəliyeva bu işin görülməsi üçün ondan 150 manat məbləğində pul istənildiyini, qonşular üçün də pul qarşılığında qaz çəkildiyini iddia edir.

Abşeron Qaz İstismar İdarəsindən Axar.az-a bildirdilər ki, qaz çəkilişi ilə bağlı bütün hüquqlar "Bakıqaz"a verilib və suallara onlar cavab verməlidir.

"Bakıqaz"ın Abşeron rayonu Digah qəsəbəsi üzrə nümayəndəsi isə qaz çəkilişi üçün vətəndaşın 200 manat pul ödəməli olduğunu açıqladı:

"Biz özəl şirkətik. Qaz çəkilişi xidməti ödənişlidir. Vətəndaş qaz istəyirsə, 200 manat ödəməlidir ki, qaz çəkilsin. Əvvəllər bu işə "Azəriqaz" baxırdı. Onda vətəndaş pulunu "Azəriqaz"a keçirirdi və dövlət qaz xəttini özü çəkirdi".

Sayğacın qiymətinə gəlincə isə qurum rəsmisi bunun pulsuz olduğunu bildirdi:

"Sayğacı "Azəriqaz" pulsuz verir. Amma qalan işlər pulludur və görüləcək bütün işlər ödənilən pula daxildir".

Tarix
2014.06.20 / 09:40
Müəllif
Tural İbadov
Digər xəbərlər

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Rəfiyev Ukraynanın bərpası konfransına qatılacaq

Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər

Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?

Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir - Foto

Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla