Yuxarı

Yol polisindən xəbərdarlıq: 4 gün qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə açıqlamasında texniki baxışdan keçməyən yük avtomobilləri və avtobus sahiblərinə qeyd olunan vaxta qədər texniki baxışdan keçməyi tövsiyə edib:

"Bir daha bütün növ yük və avtobus tipli nəqliyyat vasitələrinin sahiblərinə bildiririk ki, texniki baxışdan keçməyə tələssinlər. Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Yenə də sürücülərə xatırladıram ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".

Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında keçirilir. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

Tarix
2017.10.28 / 09:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla