Yuxarı

Güclü külək cənubda fəsadlar törətdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 30-da səhər saatlarından başlayaraq ölkəmizin cənub bölgəsində əsən güclü cənub-qərb küləyi yaşayış məntəqələrində bir sıra problemlər yaradıb. Belə ki, ağacların aşması və elektrik naqillərinin qırılması nəticəsində yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Habelə meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib.

Axar.az xəbər verir ki, güclü külək daha çox Astara və Lerik rayonlarında fəsadlar törədib. Astara rayonunun Motlayataq kəndində 1985-ci il təvəllüdlü Şəfa Əliyeva üzərinə ağac aşdığından ağır bədən xəsarəti alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Güclü külək Astarada daha bir nəfərin ağır xəsarət alması ilə nəticələnib. Pəlikəş kənd sakini Etibar Bağırovun üzərinə də ağac aşıb. O, müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Təbii fəlakət nəticəsində Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Elektrik dirəkləri yıxıldığından və elektrik naqilləri qırıldığından bir çox kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda Lerikin 80-dək kəndində işıq yoxdur.

Tarix
2017.10.31 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla