Yuxarı

Lənkəranda ağır qəza: ölən və yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda ağır qəza: ölən və yaralanan var

Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə iyunun 26-da saat 08.00 radələrində Ələt-Astara magistralının 190-cı kilometrliyində, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Liman şəhər sakini Qulam Əvəz oğlu Hacıyevin idarə etdiyi "VAZ-21074" markalı, 90 SD 155 dövlət nömrə nişanlı minik avtomobili Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Şükür Akif oğlu Şükürovun idarə etdiyi "Mercedes Vita" markalı, 90 XJ 043 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində "VAZ-21074" markalı avtomobilin sərnişini, Lənkəranın Parakənd qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elvin Xanoğlan oğlu Sultanov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib, həmçinin avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri E.Sultanovun meyitini xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər.

Həmin avtomobilin sürücüsü isə xəsarətlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin versiya kimi qəzanın "VAZ-21074" markalı avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

APA

Tarix
2014.06.26 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla