Yuxarı

Fərid Qayıbov istefa verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə əlaqədar AGF-dəki vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, F.Qayıbov AGF ilə UEG arasında maraqların toqquşmaması baxımından baş katib vəzifəsindən azad olunması ilə bağlı AGF-in İcraiyyə Komitəsinə müraciət edib.

AGF İcraiyyə Komitəsinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan iclasında Federasiyanın yeni baş katibinin adı açıqlanacaq. F.Qayıbov iclasa qədər bu vəzifəni icra edəcək.

Xatırladaq ki, dekabrın 2-də UEG-in Xorvatiyanın Split şəhərində keçirilən 27-ci hesabat-seçki konqresində AGF-nin baş katibi F.Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib.

2013-cü ildə UEG-in vitse-prezidenti seçilən F.Qayıbov son dörd il ərzində həmin vəzifədə çalışıb. O, növbəti dörd il ərzində isə fəaliyyətinə gimnastikanın səkkiz növü daxil olan UEG-ə rəhbərlik edəcək. F.Qayıbov UEG-in prezidenti seçilməklə həm də Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub.

Tarix
2017.12.07 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla