Yuxarı

2 nəfərin diri-diri yandığı qəzanın təfərrüatı - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 nəfərin diri-diri yandığı qəzanın təfərrüatı - Foto/Yeniləndi

14:58

Bakı-Qazax yolunda yanacaq maşını ilə qazel toqquşub.

Axar.az xəbər verir ki, Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində dəhşətli yol qəzası baş verib. Yanacaqdaşıyan maşınla qazel markalı sərnişin avtomobili toqquşub. Nəticədə güclü partlayış əmələ gəlib. Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, maşınlardan hər ikisi yanaraq külə dönüb.

"Qazel"in sərnişinlərindən 2 nəfər diri-diri yanaraq ölüb. Digər sərnişinlər və sürücülər haqqında məlumat verilmir.

Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

***

15:50

"Onun vəziyyəti 3-cü dərəcəli termik yanıq kimi dəyərləndirilib".

Bunu Axar.az-a Bakı-Qazax magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanlarla bağlı danışan Ucar Rayon mərkəzi xəstəxanasının cərrahı Zahir Salahov bildirdi:

"Yanacaq daşıyan maşın alışıb və bu vaxt qarşısında "Qazel" olub. Təcili Tibbi Yardımın bizə verdiyi məlumata görə, "Qazel"in sürücüsü və başqa bir nəfər şəxs hadisə yerindəcə yanaraq dünyasını dəyişib. Onlar haqqında bizim məlumatımız yoxdur. Amma bir nəfər bizim xəstəxanaya müraciət edib və onun vəziyyəti çox ağırdır, durumu 3-cü dərəcəli termik yanıq kimi dəyərləndirilib. Bədənin hər iki yuxarı ətrafı, boyun, qoltuqaltı nahiyələri, baş və boyun hissəsi yanıb. Bizə müraciət edən şəxs 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Allahverdiyev Qəzənfər Müzəffər oğludur və o "Mersedes" markalı yanacaq daşıyan maşının sürücüsüdür".

Əldə etdiyimiz məlumata görə, "Qazel" markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Quliyev Zabir Səməd oğludur. Amma o biri ölən şəxsin şəxsiyyəti məlum deyil.

Tarix
2014.07.09 / 15:50
Müəllif
Xəyal
Digər xəbərlər

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla