Yuxarı

Nazir həlak olan polisin oğluna vəzifə verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhbus qiyamının yatırılması zamanı həlak olan polis kapitanı Gündüz Abdullayevin ailəsinin müraciətinə müsbət cavab verilib.

Kapitanın həyat yoldaşı Ulduz Abdullayevanın Femida.az-a verdiyi məlumata görə, oğlu Xəyyam Abdullayev yenidən Daxili Qoşunlara işə bərpa olunub:

"Həyat yoldaşımla bağlı verdiyim müsahibədə cənab nazir Ramil Usubovdan oğlumun yenidən polisə bərpa olunmasını xahiş etmişdim. Cənab nazir hər zamanki kimi bu dəfə də, ailəmizə olan diqqətini əsirgəmədi. Onun göstərişi ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bizi qəbul etdi. Oğlumun yenidən Daxili Qoşunlara bərpasına kömək etdilər. Oğlumu Sumqayıtda daxili qoşunların taqım komandiri vəzifəsinə təyin etdilər. Mətbuat vasitəsi ilə cənab nazir Ramil Usubova, Daxili Qoşunların komandanı Şahin Məmmədova və onun müavini - Qərargah rəisi Şirin Xəlilova təşəkkürümü bildirmək istəyirəm. Çünki onların ailəmizə dəstəyini hər zaman görmüşük.”

Xatırladaq ki, kapitan Gündüz Abdullayev Qarabağ döyüşlərində uzun yol keçdikdən sonra 1999-cu ilin yanvarında Qobustan həbsxanasında baş vermiş qiyamın yatırılması zamanı həlak olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Tarix
2017.12.13 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla