Yuxarı

Düşmən Aprel döyüşlərində bu silahlarla məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri inkişaf edib. Azərbaycanın hərbi qüdrəti durmadan artır.

Axar.az xəbər verir ki, bunu Müdafiə Sənayesi naziri Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 12-ci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı günü münasibətilə dekabrın 17-də “Radioquraşdırma” zavodunda keçirilən tədbirdə deyib.

Son dövrdə Azərbaycanda müdafiə sənayesi sahəsinin uğurla inkişaf etdiyini qeyd edən nazir diqqətə çatdırıb ki, hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Müdafiə Sənayesi Nazirliyində 12 il ərzində mühüm uğurlar əldə olunub.

Nazir vurğulayıb ki, digər sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və bu işlər indi də davam etdirilir.

Ordunun silah–sursat və digər müdafiə təyinatlı məmulatlarla təchiz edilməsində ölkə başçısının müvafiq Sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi öz layiqli yerini tutmaqdadır:

“Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordulardan birinə çevrilib. Bunu ötən ilin Aprel döyüşləri bir daha sübut etdi. Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində bir sıra yaşayış məntəqələri və yüksəkliklər azad edildi. Həmin döyüşlər zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikasının yerinin müəyyən olunub məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məmulatlarımız mühüm rol oynayıb”.

Diqqətə çatdırılıb ki, ötən illərdə olduğu kimi, cari ildə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilib. 2017-ci ilin istehsal proqramı üzrə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişlərə uyğun olaraq məmulatların istehsalı, təmiri və utilizasiyası işləri yerinə yetirilib və onların təhvili həyata keçirilir. Hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatıb.

Qeyd edilib ki, cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilib. 2009-cu ildən Azərbaycan Prezidentinin tapşırığına əsasən bir sıra inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirib. Bir sıra yeni məhsullar ziyarətçilərə ilk dəfə təqdim edilib və böyük maraqla qarşılanıb. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə gələn il Bakıda keçiriləcək “ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunub.

Qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyi tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, böyük təcrübə toplayaraq Azərbaycanda 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib. Azərbaycan iki dəfə beynəlxalq müdafiə sərgisinə ev sahibliyi edib. Keçirilən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi nümayiş etdirilib. Sərgilərdə nümayiş etdirilmiş məmulatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılanıb.

Nazir bildirib ki, hər il olduğu kimi, bu il də peşə bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən nazirliyin bir qrup əməkdaşının yüksək fəxri adlar və medallarla təltif olunması kollektivdə dərin minnətdarlıq və sonsuz ehtiram hissi doğurub. Y.Camalov nazirliyin fəaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib.

Tədbirdə digər çıxış edənlər də MSN-in 12 illik fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan əməkdaşlara mükafatlar təqdim edilib. Həmçinin MSN-in xidmətdə fərqlənən əməkdaşları nazirin əmri ilə təltif olunublar.

Sonda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Tarix
2017.12.17 / 13:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla