Yuxarı

Füzuli Təhsil Şöbəsi müəllimlərdən niyə pul yığır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli Təhsil Şöbəsi müəllimlərdən niyə pul yığır?

Maliyyə Nazirliyi Füzuli rayon Təhsil Şöbəsində iki ay öncə yoxlamalar aparıb.

Axar.az-a daxil olan xəbərdə deyilir ki, yoxlamalar zamanı Təhsil Şöbəsində 600 min manat büdcə kəsiri qeydə alınıb.

Nazirlik tərəfindən maxinasiyaların aşkarlanması Təhsil Şöbəsinin müdiri Almaz Haşımovanı ağır vəziyyətə qoyub. Fakt qarşısında qalan A.Haşımova büdcə kəsirini bağlamaq üçün məktəb direktorlarından xərac yığmağa başlayıb.

Füzuli rayon məktəblərindən birində çalışan və təbii ki, adının açıqlanmasını istəməyən müəllimin sözlərinə görə, rayon məktəb direktorları da daxil olmaqla, müəllimlərdən kütləvi şəkildə pul toplanır:

"Müəllimlərin hər birinin məzuniyyət pulundan 100 manat alırlar, məktəb direktorlarına isə hərəsinə 4 min manat gətirmək tapşırılıb. Məktəb direktorları banklardan kredit götürərək tələb edilən məbləği verməyə başlayıblar. Bizə də deyirlər ki, bu pul yoxlama zamanı aşkara çıxan kəsirləri bağlamaq üçündür. Bizim nəyimizə lazımdır ki, kəsir niyə yaranıb, necə bağlanmalıdır? Kiminsə tamahının qurbanı niyə müəllimlər olmalıdır? Onsuz da maaşımız o qədər də çox deyil, onun da 100 manatının əlimizdən alınması bizim üçün olduqca çətinlik yaradır".

Haqqında səslənən ittihamlara cavab verən Fizuli rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova Axar.az-a açıqlamasında 600 min büdcə kəsirinin mövcudluğunu təkzib etdi:

"Təhsil şöbəsinin heç ümumi büdcəsi o qədər deyil. Büdcə kəsiri necə o qədər ola bilər ki!"

A.Həşimova həmçinin Maliyyə Nazirliyinin apardığı yoxlamanı təsdiqlədi:

"Bəli, iki ay öncə Maliyyə Nazirliyi yoxlama keçirdi. Ancaq heç bir qüsura və problemə rast gəlinmədi. Büdcəmizdə də hansısa problem yox idi. Kim deyirsə ki, büdcədəki kəsiri bağlamaq üçün mən müəllimlərdən və direktorlardan pul yığıram, yalan danışır".

Xatırladaq ki, Füzuli rayonunda 81 məktəb fəaliyyət göstərir, bu isə kifayət qədər böyük müəllim kollektivi deməkdir.

Qeyd edək ki, Maliyyə Nazirliyinə Füzuli rayonunda aprılan yoxlamanın nəticələri ilə bağlı sorğu göndərilib.

Tarix
2014.07.18 / 15:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla