Yuxarı

Jurnalistlər üçün müsabiqə: I yerə 1000 manat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

KİVDF-dən Axar.az-a bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar milli kinonun tarixi, bu günü, inkişaf perspektivləri və gənc kinematoqrafçıların fəaliyyəti haqqında analitik yazılar, eləcə də yeni filmlərə resenziyalar yazan jurnalistlərin yaradıcı əməyini stimullaşdırmaqdır.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbulu fevralın 2-dən başlayır, iyunun 1-də başa çatır.

Müsabiqədə birinci yer üçün (bir yer) 1000 manat, ikinci yer üçün (iki yer) 800 manat, üçüncü yer üçün (üç yer) 600 manat məbləğində mükafat müəyyənləşdirilib. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (300 manat) və əlavə olaraq müsabiqədə fərqlənən 10 müəllifə isə hədiyyələr veriləcək.

Müsabiqə ilə bağlı əlavə məlumatla KİVDF-nin saytında tanış olmaq mümkündür.

Tarix
2018.02.01 / 21:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla