Yuxarı

Aztəminatlı ailələrdən olan tələbələrə - Şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aztəminatlı ailələrdən olan tələbələrə - Şad xəbər

Maarifçi Tələbə Kredit Fondu növbəti elan sessiyasına başlayıb.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu elan sessiyasında təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub. Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb.

“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb.

Tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər.

Tarix
2018.02.02 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla