Yuxarı

Yuyucu toz, çay və xama qutularından narkotik çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gizli yolla ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Axar.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Bilal Hüseyinov saxlanılıb.

Vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə olunub. Bundan sonra adı çəkilən şəxslə sorğu-sual aparılıb.

Onun əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olub-olmaması barədə suala cavabında, vətəndaş belə predmetlərin olmadığını bildirib.

Daha sonra əl yükləri təkrar yoxlanılıb və həmin yüklərə aid sellofan torbadakı 4 ədəd yuyucu toz qutusunun içərisində olan 1 ədəd çay və 3 ədəd xama qutularında, ümumilikdə 9 ədəd bağlamada gömrük nəzarətindən gizlədilən maddələr aşkarlanıb.

Həmin bağlamalara baxış nəticəsində isə onlardan 7-sində ümumi xalis çəkisi 1635,0 qram olan narkotik vasitə - heroin, 1-ində xalis çəkisi 3,506 qram olan psixotrop maddə - metamfetamin, 1 bükümdə isə xalis çəkisi 3,214 qram olan narkotik vasitə - tiryəkin olduğu müəyyən edilib.

Bilal Hüseyinov aşkara çıxarılan həmin maddələrin yuyucu toz, çay və xamaların içərisində yerləşdirilməsindən xəbərsiz olduğunu, həmin malları ona İranda bir İran vətəndaşının verdiyini, gömrük sərhədini keçdikdən sonra “Qoşa Təpə” gömrük postunun qarşısında bir nəfərin ona yaxınlaşaraq qəbul edəcəyini və bunun müqabilində pul verəcəyini bildirib.

Nəhayət, Bilal Hüseyinovdan aşkar edilən psixotrop maddə və narkotik vasitələri qəbul edəcək şəxsi və onunla cinayət əlaqəsində olan digərlərini müəyyənləşdirmək üçün zəruri əməliyyat tədbirləri həyata keçirilib. Bu məqsədlə yaradılan əməliyyat qrupunun tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələri qəbul edəcək Azərbaycan Respublikasının vətəndaşı Elyas Abbasov müəyyənləşdirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısında psixotrop maddə və narkotik vasitələri qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.02.02 / 17:50
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla