Yuxarı

Direktor şagirdi döydü: polis təsdiqlədi, rəisi isə.. – Müəmma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəb direktoru və direktor müavini tərəfindən məktəbli formasının üzərindən jilet geyinmədiyinə görə döyüldüyü iddia edilən 9-cu sinif şagirdinin işi prokurorluğa göndərilib.

28 fevral tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərovun məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün döyməsini Sabunçu rayon 14-cü Polis Bölməsi əməkdaşları araşdırıb. Şagirdin məktəbə polis nəzarəti altında gedib-gəlməsi hələ də davam edir.

Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əlizadə Axar.az-a bildirib ki, 9-cu sinif şagirdi Rauf Oruclunun döyülmə faktı uşaqların bildirdiyinə əsasən, təsdiqini tapıb. Faktla bağlı ekspertiza təyin edilib. Ə.Əlizadənin sözlərinə görə, ekspertizanın nəticəsi var və nəticələr aidiyyəti üzrə prokurorluğa göndərilib.

Tədqiqatçı əlavə edib ki, məsələ yetkinlik yaşına çatmayanlarla bağlı olduğuna görə prokurorluqda araşdırılır və bu barədə əlavə məlumat vermək ixtiyarı yoxdur.

Məsələ ilə bağlı Axar.az-a məlumat verən döyülən şagirdin atası Nahid Orucovun sözlərinə görə, oğlu hələ də məktəbə polis nəzarəti ilə gedib-gəlir. Ata iddia edib ki, oğlu heç bir nizam-intizam qaydalarını pozmayıb:

“Mənim oğlum məktəbli forması kimi jilet geyinmədiyinə görə döyülüb. Bunu məktəbin uşaqları da təsdiqləyib. Polis əməkdaşları da oğlumu nəzarət altında saxlayır, onların köməyi ilə məktəbə gedib-gəlir. Polis oğlumu məktəbin direktoru və onun müavinindən qoruyur. Məktəb uşaqları da təsdiq ediblər ki, direktor oğlumu jilet geyinmədiyinə görə döyüb”.

Direktor tərəfindən döyüldüyü deyilən şagird R.Orucovun atası bildirib ki, problemi ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edib. Lakin hələlik heç bir cavab almayıb.

Sözügedən məktəbdən isə bildirilib ki, polis bölməsində bu məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb və ekspertiza olmayıb. Məktəb rəhbərliyinin açıqlamasına əsasən, 22 saylı məktəbin rəhbərliyi Sabunçu rayonu 14-cü Polis Bölməsinin rəisi ilə əlaqə saxlayıb və tədqiqatçı Əşrəf Əlizadə tərəfindən belə məlumatın verilmədiyi bildirilib:

“14-cü Polis Bölməsində bu məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb və ekspertiza olmayıb. Odur ki, bu kimi yanlış məlumatların yayılması məsələnin əsil mahiyyətinin təhrif olunması və təhsil müəssisəsinin nüfuzuna xələl gətirmək məqsədlərinə xidmət edir”. (Əşrəf Əlizadənin səs yazısı var – red.)

Məktəb rəhbərliyi bildirib ki, məktəb haqqında bu kimi böhtan xarakterli məlumat yayılarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə müvafiq qaydada müraciət olunacaq.

Bakı Şəhər Təhsil İdarəsindən isə mövzu il əlaqədar Axar.az-a bildirilib ki, məktəb rəhbərliyi və müəllimlər tərəfindən həm şagird, həm də valideynlə dəfələrlə söhbət aparılmasına baxmayaraq, məsələ öz həllini tapmayıb:

“22 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin IX sinif şagirdinin davranışı ilə bağlı müvafiq problemlər müşahidə olunduğu, məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi, dərsləri müntəzəm pozduğu, müəllimlərə və sinif yoldaşlarına qarşı kobud davrandığı və məktəbli geyimi formasına riayət etmədiyi üçün məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən dəfələrlə tənbeh olunub.

Həmin şagirdin digər şagirdlərə qarşı zorakılıq hərəkətlərinə və məktəbin inventarını - ehtiyat qapısını yararsız hala saldığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin Yeniyetmələrlə iş şöbəsinə də şifahi müraciət olunub. İnspektor məktəbdə valideyn ilə söhbət aparan zaman valideyn övladının psixoloji durumunda problem olduğunu bildirib.

Həmin şagird coğrafiya dərsi zamanı mobil telefonda musiqi səsləndirərək müəllimin intizam tələblərinə də əməl etməyib. Bu barədə valideynə məlumat verilsə də, valideyn məktəbə gəlib övladına qarşı tərbiyəvi tədbirlər həyata keçirmək əvəzinə yanlış məlumatlar yayır”.

İdarədən bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Təhsil İdarəsi KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almağı xahiş edib.

Tarix
2018.03.14 / 09:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla