Yuxarı

Ölkədaxili turlar zamanı niyə sığorta tələb olunmur? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədaxili turlar zamanı niyə sığorta tələb olunmur? - Ekspert

"Bizdə həyat sığortası tələb olunmadığına görə heç kim sığorta elətdirmir".

Bu sözləri Axar.az-a sığorta eksperti Xəyal Məmmədxanlı vətəndaşlardan ölkədaxili səyahətlər zamanı səfər sığortası tələb olunmaması məsələsinə aydınlıq gətirərkən bildirib.

O, insanların xaricə səyahət edən zaman məcburiyyət qarşısında qaldığı üçün sığortalandığını deyir:

"Xarici ölkələrə gedəndə viza vermək üçün sığorta tələb olunur. Xüsusən, Avropa ölkələrinin səfirlikləri, ABŞ və Kanada kimi ölkələr insanların sığortalanmasından sonra viza verirlər. Ona görə də insanlar məcbur olub sığortalanırlar. Amma bizdə belə bir tələb olmadığına görə heç kim sığorta elətdirmir. Yenə təkrarlayıram ki, insanlar yalnız məcbur qaldıqları halda sığortalanırlar. Sığorta şirkətləri bu sahədə çox zəif iş aparırlar".

Qonşu ölkələrdə də daxili səyahət zamanı insanların həyat sığortasının tətbiq olunmadığını deyən ekspert, İdman və Turizm Nazirliyinin turizm obyektlərinə məsuliyyət sığortasının məcburi etməli olduğunu qeyd edib:

"Qonşu ölkələrdə də Azərbaycan kimi daxili sığorta tətbiq olunmur. Lakin Avropanın İsveçrə, İtaliya kimi ölkələrində həyat sığortası onların həyatlarının tərkib hissəsini təşkil edir. Onlar ölkə daxilində əyləncə və ya səyahət zamanı həyat sığortasından istifadə edirlər. Amma qonşularımız olan ölkələr bu cəhətdən geridə qalıblar. Həyat sığortası könüllü olacaq bir şeydir və doğrusu, onların həyat sığortasına da ehtiyac yoxdur. İnsanlar il boyu istənilən bütün hadisələrdən qorunmaq üçün kiçik fərdi qəza sığortası ala bilərlər.

Əsas məsələlərdən biri də turizm obyektlərinin, istirahət müəssisələrinin məsuliyyətinin sığortası məsələsidir. Məsələn, İmran Cəfərovun Nabranda başına gələn hadisə! Bu kimi hadisələr Azərbaycanda onlarla, yüzlərlə baş verir. İdman və Turizm Nazirliyi turizm obyektlərinin, istirahət müəssisələrinin hər hansı turist xidməti göstərmək üçün məsuliyyət sığortasına məcbur etməlidir".

Xatırladaq ki, yay mövsümü olduğundan insanlar müxtəlif rayonlara istirahətə gedirlər və tez-tez müəyyən xoşagəlməz hadisələr baş verir. Ekspertin dediyi kimi, Nabranda İmran Cəfərovun başına gələn hadisə buna misaldır. Qeyri-rəsmi statistikaya görə, yol qəzalarının təxminən yarısı ya istirahətə gedən, ya da istirahətdən qayıdan şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin iştirakı ilə baş verir.

Tarix
2014.08.06 / 08:45
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla