Yuxarı

“İmansızları qəhrəman kimi qəbul etmişik”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İmansızları qəhrəman kimi qəbul etmişik”

Millət vəkili Azərbaycanın tipik xan obrazını yaradan memar Qənbər Qarabağlıdan danışıb.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında açıqlama verərkən deyib ki, biz qəhrəmanların seçimində böyük yanlışlığa yol vermişik:

"Şəki Xan Sarayını bir daha gəzdim. 18-ci əsr tipik bir Azərbaycan xanının həyatının nə qədər ibrətamiz olduğunu müşahidə etdim. Saraydakı rəsmlərin böyük əksəriyyəti dünyanın faniliyi barədə xəbərdarlıq xarakterlidir. Yəni xan hər dəfə divarlara, tavana baxdıqca xatırlayır ki, dünya malından özü ilə heç nə apara bilməyəcək. Təbii ki, bunu xan öz dünyagörüşünə uyğun olaraq sifariş verib. Qənbər Qarabağlı adlı bir memarın yaratdığı bu sənət əsərinin dövlət idarəetməsi üçün hər şeyin praktik olaraq düşünüldüyünü görürük. Xanın hərəmxanası yoxdur, çünki normal ailə düzəninə sahibdir. Bir xanımı və dörd övladı var, hamısı da bir evdə yaşayırlar. Xanımı da təhsillidir və gələn yabançı qonaqların xanımlarını qəbul edərək, onlarda ölkəsi barədə təsəvvür yaradır. Ümumiyyətlə, Şəki Xan Sarayına hansısa yolla bütün vəzifəli şəxslərin, imkanlı və pullu adamların gəlib tanış olmasına şərait yaratmaq lazımdır ki, 18-ci əsrin xanından bir az mütəvazilik öyrənsinlər. Düşünürəm ki, bu cür imanlı və müdrik xan obrazını təbliğ etmək əvəzinə ordan-buradan bir şey çapıb talayan, əyyaşlıqla, imansızlıqla ün qazananları özümüzə qəhrəman kimi qəbul edərək mənəvi aşınmaya gəlib çıxmışıq".

Tarix
2014.08.09 / 18:38
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla