Yuxarı

Tağı Əhmədov haqqında xanımı danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağı Əhmədov haqqında xanımı danışdı

Tağı Əhmədov-ANS qalmaqalının indiki pik həddində Metropoliten rəisinin xanımı Salatın Əhmədlinin açıqlaması yayılıb.

Metropoliten şefinin xanımı "Modern.az"a deyib:

- Bəzən eşidirəm ki, deyirlər o, çox kobuddur, əsəbidir və sair. Amma əslində elə deyil və onun ürəyi çox yumşaqdır.

O, uşaqlıqdan elədi və elə də böyüyüb. Tağı müəllim insanları çox sevir. Elə bir aparat icad edib insan ürəyini öyrənə bilsəydilər, görərdilər ki, adamların çoxu göründüyü kimi deyil. İstər yaxşı, istərsə də pis mənada. Tağı müəllim bəzilərinin dediyi kimi kobud yox, incə, həssas və saf qəlblidir. Mən deyirəm ki, Tağı müəllimin 20 uşağı olsaydı belə, eyni sevgini hər birinə verərdi. İndi də harda uşaq görsə, əyilib üzündən öpər.

Onda kin-küdurət, paxıllıq, həsəd yoxdur. Bəzən kimsə gəlib başqası haqqında pis nəsə danışır. Hər zaman deyirəm o insana qulaq assan da, inanma və işin əslini öyrənməyə çalış, ara vurmağının səbəbini öyrən. Belə müzakirələrimiz çox olur.

Onun işi çox ağırdır. Çiyinlərinə çox ağır bir yük götürüb. Heç onun işinə aid olmayan insanlar da kömək üçün ona müraciət edir. Mən də deyirəm çalış, bacardıqca kömək elə".

Salatın Əhmədlinin sözlərinə görə, Tağı Əhmədov milləti üçün çalışan insandır. "İnsanların xeyir işlərində də, hüzrlərində də kömək etməyə çalışır. Kimsə bilmir ki, o, hətta gecələr də işləyir. Telefonları söndürmür. Gecələr də metro ilə əlaqə saxlayır. Bir devizi var: Əgər metro gecə-gündüz işləyirsə, deməli mən də işləməliyəm. Onunla bərabər mən də "işləyirəm".

Arada mən onun əsəblərini sığallamaq üçün zarafat edirəm. Sakitləşdirməyə çalışıram. Nəvələrimizin məzəli sözlərini danışıram. İstifadə etməyi xoşlayan insanlar çox yükləyirlər onu, istirahətə də gedə bilmir, istirahətdən yarımçıq qayıtdığı vaxtlar da olub.

Tarix
2013.11.27 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla