Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə
ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim
edir:
Bakı şəhəri, Səbail rayonunda 5 mərtəbəli yaşayış binasının
pilləkən qəfəsinin 2-ci mərtəbəsində 10 ədəd elektrik sayğacı
yanıb. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 02:50-də
yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Daşkəsən rayonu, Zağalı kəndində (rayon mərkəzimdən 12 km aralı)
məxsus ümumi sahəsi 40 kv.m. olan dəmir və taxta konstruksiyadan
ibarət kotecin yanar konstruksiyaları vəiçərisindəki ev əşyaları
yanıb. Yanğından yaxınlıqda olan digər koteclər mühafizə olunub.
Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Lənkəran rayonu, Biləsər kəndində (rayon mərkəzindən 30 km
aralı) meşənin dağlıq ərazisində 4 ha sahədə meşə zolağı yanıb.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat
14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Masallı rayonunda (rayon mərkəzindən 21 km aralı) meşə
ərazisində 15,5 ha sahədə meşə zolağı yanıb. Meşənin qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər
tərəfindən söndürülüb.
***
Lənkəran rayonu, Şovu kəndində (rayon mərkəzindən 17 km aralı)
meşənin dağlıq ərazisində 1 ha sahədə meşə zolağı yanıb. Meşə
zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat
18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Xızı rayonunda (rayon mərkəzindən 34 km aralı) dəniz kənarında 8
ha sahədə quru ot və kol-kos yanıb. Digər sahələr yanğından
mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
Xaçmaz rayonu, Şıxhaput kəndində (rayon mərkəzindən 20 km aralı)
vətəndaşa məxsus həyətyanı sahədə 1 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat
21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Salyan rayonu, Xocalı kəndində (rayon mərkəzindən 10 km aralı)
vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m)
olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı
50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Beyləqan rayonu, Orta Əlinəzərli kəndində (rayon mərkəzindən 10
km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot
bağlamasının 1,7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər
tərəfindən söndürülüb.
***
Bakı şəhəri, Suraxanı rayonunda gücü 6 kVt olan transformatorun
yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə
olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
Xaçmaz rayonu, Hacılar kəndində (rayon mərkəzindən 20 km aralı)
vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m (hər mərtəbəsi 130 kv.m)
olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və əşyaları
232 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar
yanğından mühafizə olunub. Yanğın saat 23:52-də yanğınsöndürənlər
tərəfindən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin
barmağında dəmir həlqə sıxılıb qalıb. Dərhal Fövqəladə Hallar
Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik
qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə
dəmir həlqəni zərərçəkmişin barmağından kəsib çıxarıb və onu
aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:15-də başa
çatıb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda
doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz
vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq
xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində
əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik
enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət
və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını
açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat
saat 02:19-da başa çatıb.