Yuxarı

Bakıda yeni məscid: məxsusi xalılar, havalandırma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binası artıq istifadəyə verilib.

Yeni məscidin binası hamının ürəyincədir. Məsciddə olduğumuz müddətdə ora yaxınlaşıb, məscidin içərisinə baxmaq istəyən insanlar tikilinin yerinin uğurlu seçim olduğunu bildirirdilər.

Məscidə gələn şəhər sakini Arifə Abdullayeva "Sputnik Azərbaycan"a Ramazan və Məhərrəm aylarında ara-sıra məscidlərə, pirlərə getdiyini deyir: "Mən Yasamalda yaşayıram. Bizə yaxın məscid demək olar ki, yox idi. Yaxın məscidlərin qarşısında isə o qədər adam yığılırdı ki, içəri girməyə çəkinirdim. Hacı Cavad məscidinin bu ərazidə tikilməsi bizim üçün çox yaxşı oldu. Düşünürəm ki, bundan sonra tez-tez gələrəm bura".

Məscid yeni istifadəyə verilməsinə baxmayaraq, ərazi sakinlərinin diqqət mərkəzindədir.

Qeyd edək ki, Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Məscidin ərazisində imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Məscid üçün içməli su anbarı, ayrıca qazanxana da tikilib. Burada, həmçinin ayrıca parkinq sahəsi yaradılıb.

Məscidin ibadət zalının sahəsi 400 kvadratmetrdir. Milli memarlıq üslubunda və zövqlə inşa olunmuş ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxili interyerində xüsusi bəzək elementlərindən istifadə olunub. Günbəzin kənarlarına müqəddəs Qurani-Kərimdən surələr, ayələr yazılıb.

Məscidin sütunlarının və divarlarının bəzədilməsində Azərbaycan nəqqaşlıq məktəbinin, həmçinin Şərq ornamentlərinin nadir nümunələrindən istifadə edilib. Məscidin qarşısında isə məscidin adı həkk olunmuş daş kitabə qoyulub.

Hacı Cavad məscidinin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məsciddə eyni vaxtda 500-dən çox insan ibadət edə biləcək. Qeyd edək ki, günün istənilən saatında məsciddə ibadət etmək mümkündür.

Məscidin yüksək zövqlə dizayn edilmiş daxili interyerini döşəməyə salınmış gözoxşayan xalı tamamlayır. Xalı həm döşəməyə, həm də məscidin daxilinə xüsusi ab-hava qatır. Qeyd edək ki, divarlarla, tavanla harmoniya təşkil edən xalı məxsusi olaraq Hacı Cavad məscidi üçün toxunub.

Bütün bunlarla yanaşı, məsciddə yüksək standartlara cavab verən, son texnologiyaya uyğun havalandırma sistemi də quraşdırılıb.

Xatırladaq ki, Hacı Cavad məscidinin tikintisinə 2017-ci il iyulun 2-də başlanılıb. Bu il aprel ayının 12-də məscidin yeni tikilmiş binası Prezident İlham Əliyev tərəfindən açılıb.

Tarix
2018.05.06 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla